Revaz Soxadze - Məsuliyyətsiz şirkətlərin tenderlərdə iştirak hüququ məhdudlaşdırılacaq
Tenderlərdə iştirak məsələsini hər hansı bir məmur deyil, yalnız qanunvericilik həll edir. Əgər qanunvericiliklə konkret şirkətin tenderdə iştirak hüququ məhdudlaşdırılmayıbsa, o, iştirak edə və qalib gələ bilərdi – infrastruktur naziri Revaz Soxadze tikinti şirkətləri və kommersiya banklarının nümayəndələri ilə keçirilən görüşdən sonra qeyd edib.
Onun sözlərinə əsasən, dırnaqarası “qara siyahı”ya yanaşmaların sərtləşdirilməsi nəticəsində dövlət qarşısında öhdəliklərini yerinə yetirməyən məsuliyyətsiz şirkətlərin tenderlərdə iştirak hüququ məhdudlaşdırılacaq.
Nazir qəbul edilmiş dəyişikliklərin infrastruktur sektorunda mövcud çağırışlara adekvat şəkildə cavab verdiyini xüsusilə qeyd edib.
“Bu dəyişikliklər tikinti sektorundakı vəziyyəti kökündən dəyişəcək və ədalətli mühit yaradacaq” – Revaz Soxadze bildirib.