Revaz Lominadze BMT-nin İnsan Hüquqları Şurasının Şərqi Avropa qrupunun koordinatoru kimi Venesuela Bolivar Respublikasının daimi nümayəndəsi ilə görüş keçirib
Revaz Lominadze BMT-nin İnsan Hüquqları Şurasının Şərqi Avropa qrupunun koordinatoru kimi Venesuela Bolivar Respublikasının daimi nümayəndəsi ilə görüş keçirib

 

2026-cı ilin yanvarın 19-da Cenevrədə BMT-nin şöbəsi və digər beynəlxalq təşkilatlar yanında Gürcüstanın daimi nümayəndəsi Revaz Lominadze, BMT-nin İnsan Hüquqları Şurasının Şərqi Avropa qrupunun koordinatoru kimi, Venesuela Bolivar Respublikasının daimi missiyasının xahişi ilə Venesuela Bolivar Respublikasının daimi nümayəndəsi, səfir Aleksander İanes Deleus ilə görüş keçirib.

Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, Venesuela Bolivar Respublikasının daimi nümayəndəsi Venesuelada cari proseslər haqda danışıb.

“Gürcü tərəfi qeyd edib ki, Gürcüstan ölkədə inkişaf edən hadisələri diqqətlə izləyir və gələcək proseslərin Venesuela xalqının maraqları nəzərə alınmaqla aparılacağına ümid etdiyini bildirib. Bununla yanaşı, gürcü tərəfi xüsusilə qeyd edib ki, Venesuela tərəfindən Gürcüstanın işğal olunmuş bölgələri, Abxaziya və qondarma Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanımaq beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır. Gürcü tərəfi ümid edir ki, Venesuelada son vaxtlar inkişaf edən hadisələr Gürcüstanın milli maraqlarına və beynəlxalq hüquq normalarına uyğun olaraq qeyd olunan qanunsuz qərarın yenidən nəzərdən keçirilməsinə və ləğv edilməsinə töhfə verəcək” – Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.