“Reuters”in məlumatına görə, ABŞ Nümayəndələr Palatası Rusiyaya iqtisadi təzyiqin artırılmasını nəzərdə tutan genişmiqyaslı sanksiya və tariflər haqqında qanun layihəsini qəbul edib. Qanun layihəsinin məqsədi Rusiyanın Ukraynaya müdaxiləsinə görə ona qarşı iqtisadi təzyiqi gücləndirməkdir
“Reuters”: ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı genişmiqyaslı sanksiya və tariflər haqqında qanun layihəsini qəbul edib
ABŞ Nümayəndələr Palatası Rusiyaya iqtisadi təzyiqin gücləndirilməsini nəzərdə tutan genişmiqyaslı sanksiya və tariflər haqqında qanun layihəsini qəbul edib. Məqsəd Rusiyanın Ukraynaya müdaxiləsinə görə ona qarşı iqtisadi təzyiqi artırmaqdır.
Bu barədə “Reuters” məlumat yayıb.
Medianın məlumatına görə, qanun layihəsi imzalanması üçün ABŞ Prezidenti Donald Trampa göndərilib. Qanun layihəsini senator Lindsi Qrem təxminən bir il yarım əvvəl təqdim edib.
Cənubi Karolina ştatından olan respublikaçı senatorun şərəfinə “Lindsi O. Qremin 2026-cı il Rusiya və İrana qarşı sanksiyalar haqqında Aktı” adlandırılan qanun layihəsini Senat ötən ay dəstəkləyib.
Nümayəndələr Palatası qanun layihəsini 262 lehinə, 159 əleyhinə səslə qəbul edib. Qanun layihəsinə partiya rəhbərliyinin mövqeyinə qarşı çıxaraq respublikaçılara qoşulan 58 demokrat da dəstək verib. Yeddi deputatdan başqa, bütün respublikaçılar qanun layihəsinin lehinə səs veriblər.
Medianın yazdığına görə, qanunvericilik Rusiyanın enerji və müdafiə sənayesini, eləcə də “kölgə donanması” adlanan və mövcud sanksiyalardan yayınmağa çalışan tanker şəbəkəsini hədəfə alır.
Qanun layihəsinin qəbul edilməsində məqsəd Moskvanın Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi maliyyə resurslarını əldə etmək imkanlarını məhdudlaşdırmaqdır.