“Reuters”in məlumatına əsasən, Vladimer Putin Serqei Lavrovu və Kremlin baş müşavirini ABŞ rəsmiləri ilə görüşmək üçün Səudiyyə Ərəbistanına göndərib
“Reuters” informasiya agentliyinin məlumatına əsasən, Rusiya Prezidenti Vladimer Putin xarici işlər naziri Serqei Lavrovu və Kremlin baş müşavirini ABŞ rəsmiləri ilə görüşmək üçün Səudiyyə Ərəbistanına göndərib.
Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib ki, onlar amerikalı həmkarları ilə ehtimal ki, çərşənbə axşamı görüş keçirəcəklər.
“Ehtimal ki, onlar çərşənbə axşamı amerikalı həmkarları ilə görüş keçirəcəklər, əsas diqqəti Rusiya-Amerika münasibətlərinin bərpasına yönəldəcəklər. Həmçinin, Ukrayna məsələsinin həlli üzrə mümkün danışıqlara hazırlıq və iki prezident arasında görüşün təşkili haqda danışmağa vaxt həsr olunacaq” – Dimitri Peskov bildirib.
ABŞ Prezidenti Donald Tramp Putinlə son telefon danışığından sonra Ukraynada müharibənin dərhal dayandırılması ilə bağlı danışıqlara başlayacaqlarını bildirib.