“Reuters”in məlumatına əsasən, rus neft şirkəti “Lukoil” dünyanın ən böyük yataqlarından birində “Qərbi Kurna-2″də fors-major vəziyyət elan edib
FILE PHOTO: A view shows a board with the logo of Lukoil company during the St. Petersburg International Economic Forum (SPIEF) in Saint Petersburg, Russia June 19, 2025. REUTERS/Anton Vaganov/File Photo
“Reuters” agentliyinin məlumatına əsasən, rus neft şirkəti “Lukoil” dünyanın ən böyük yataqlarından birində fors-major vəziyyət elan edib.
Jurnalistlərin məlumatına əsasən, İraqda yerləşən “Qərbi Kurna-2” neft yatağından söz gedir.
Agentlik yazır ki, İraq oktyabrın sonunda Avropa İttifaqı və ABŞ tərəfindən “Lukoil”a qarşı tətbiq edilən sanksiyalara görə şirkətə ödənişləri kəsib.
“Reuters”in məqaləsinə əsasən, “Lukoil” ötən həftə İraqın Neft Nazirliyinə məlumat verib ki, fors-major vəziyyət var, bu da “Qərbi Kurna-2” neft yatağında iş prosesinə maneə olur. Əgər fors-majorun səbəbləri növbəti altı ayda aradan qaldırılmasa, “Lukoil” neft hasilatını dayandıracaq və layihədən çıxacaq.
“Qərbi Kurna-2” İraqın cənub hissəsində yerləşir. Rus neft şirkəti “Lukoil” onun inkişaf etdirilməsi lisenziyasını 2010-cu ildə alıb. Bu layihənin 75%-lik hissəsi “Lukoil”a məxsusdur, 25%-nin sahibi isə İraqın dövlət neft şirkətidir.