"Reuters"in məlumatına əsasən, İranın ruhani lideri Putinə Rusiyanın dəstəyinin səviyyəsindən narazı olduğunu qeyd etdiyi məktub göndərib
"Reuters"in məlumatına əsasən, İranın ruhani lideri Putinə Rusiyanın dəstəyinin səviyyəsindən narazı olduğunu qeyd etdiyi məktub göndərib

 

İranın ali dini lideri Ayətullah Əli Xamenei Rusiya Prezidenti Vladimer Putinə Rusiyanın dəstəyinin səviyyəsindən narazılığını ifadə etdiyi məktub göndərib. Bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən xəbər verir.

Jurnalistlərin məlumatına əsasən, İranın xarici işlər naziri Abbas Arağçi Moskvaya səfəri zamanı Ayətullah Əli Xameneinin məktubunu Putinə şəxsən verib.

“İran hələlik Rusiyanın dəstəyindən narazıdır və Putinin İsrail və ABŞ-a qarşı ölkəni dəstəkləmək üçün daha çox şey etməsini istəyir” – “Reuters” İranın ruhani liderinin məktubunun məzmununu bilən anonim mənbəyə istinadən yazır.

Məlumat üçün bildirək ki, Kremlin mətbuat xidməti Putinlə İranın xarici işlər nazirinin görüşündən sonra Putinin ABŞ tərəfindən İrana endirilən zərbələri pislədiyinə və onları əsassız təcavüz kimi qiymətləndirdiyinə dair məlumat yaydı. Putin, Moskvanın Tehrana kömək etməyə hazır olduğunu deyib.