“Reuters”in məlumatına əsasən, Çin Rusiyaya dronların mühərriklərinin tədarükünü davam etdirir
“Reuters”in məlumatına əsasən, Çin Rusiyaya dronların mühərriklərinin tədarükünü davam etdirir.
“Reuters”in avropalı rəsmilərə istinadən xəbər verdiyi üzrə, Rusiya hələ də kamikadze dronların istehsalında istifadə olunan Çin mühərriklərini alır.
Medianın məlumatına əsasən, bu mühərriklər Rusiyaya Çindən gizli şəkildə, “soyuducu avadanlıq” adı altında gətirilir ki, məhsul beynəlxalq sanksiyalara məruz qalmasın.
Məqalədə deyilir ki, Rusiyanın “Almaz-Antei” dövlət konserninin nəzarətində olan İjevin “Kupol” Elektromexanika Zavodu “Harpii” tipli kamikadze dronları Çin mühərrikləri ilə təchiz edir.
Məlumat üçün bildirək ki, bu il “Kupol” zavodu Rusiya Müdafiə Nazirliyi ilə 6 000 dronun tədarükü barədə müqavilə imzalayıb.
Çin Xarici İşlər Nazirliyində “Reuters”ə bildiriblər ki, Çindən Rusiyaya dronlar üçün nəzərdə tutulan mühərriklərin tədarükü barədə heç nə bilmirlər və Pekin ölkə qanunvericiliyinə və beynəlxalq öhdəliklərə əməl etməklə məhsulun xaricə satışına nəzarət edir.