“Reuters”in məlumatına əsasən, Andrey Yermakın rəhbərliyi ilə Ukraynanın nümayəndə heyəti Donald Trampın müşavirləri ilə görüşüb

12:44, 05.12.2024

 
Prezident Ofisinin rəhbəri Andrey Yermakın rəhbərliyi ilə Ukraynanın nümayəndə heyəti ABŞ-ın seçilmiş prezidenti Donald Trampın müşavirləri ilə görüşüb – bu haqda “Reuters” yazır.

Anonim mənbənin “Reuters”ə verdiyi məlumat üzrə, Ukraynanın nümayəndə heyəti Vaşinqtonda Tramp tərəfindən seçilmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir Mayk Uolts və onun Ukraynadakı nümayəndəsi Kit Kelloqla görüşüb.

“Wall Street Journal” mənbəyə istinadən yazır ki, görüşdə vitse-prezident seçilən Ceyms Devid Vens də iştirak edirdi.

Ötən həftə məlum olub ki, ABŞ Prezidenti Co Bayden Konqresdən Ukrayna üçün əlavə 24 milyard dollar ayrılmasını istəyib, lakin Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının spikeri Mayk Conson Co Bayden Administrasiyasının tələbini səsverməyə çıxarmayacağını bildirib.

Oxşar