“Reuters”in məlumatına əsasən, ABŞ əcnəbi tələbələr və jurnalistlər üçün viza qaydalarını dəyişir, bu da müəyyən maneələr yaradacaq
ABŞ əcnəbi tələbələr və jurnalistlər üçün viza qaydalarını dəyişir.
Daxili Təhlükəsizlik Departamentinin yeni qərarına əsasən, əcnəbi tələbələrin yararlandığı F tipli, mədəni mübadilə proqramları iştirakçılarına ABŞ-də işləmək imkanı verən J tipli və media nümayəndələrinə verilən I tipli vizalar üçün sabit müddətlər müəyyən ediləcək.
Yeni tənzimləmə Federal Reyestrdə dərc olunduqdan 60 gün sonra qüvvəyə minəcək və Konqresdə müzakirəyə çıxarılacaq. “Reuters”in yazdığı kimi, yeni tənzimləmələr beynəlxalq tələbələr, mübadilə proqramı iştirakçıları və əcnəbi jurnalistlər üçün maneələr yaradacaq.
Yeni tənzimləməyə əsasən, tələbə və mübadilə proqramı vizalarının etibarlılıq müddəti dörd ili keçməyəcək. Hazırda illərlə qüvvədə qalan media nümayəndələrinin vizalarının etibarlılıq müddəti isə 240 günə, Çin vətəndaşları üçün isə 90 günə qədər azaldılacaq.
Viza sahibləri onun etibarlılıq müddətini uzatmaq üçün müraciət edə biləcəklər. Yeni qaydalara əsasən, ABŞ-də qalmaq istəyən və vizanın etibarlılıq müddəti bitməkdə olan şəxslər ya Daxili Təhlükəsizlik Departamentinə müraciət etməli, ya da ölkəni tərk edib ABŞ-yə yenidən daxil olmalıdırlar.