"Reuters" - Yunanıstanda fermerlərin etiraz aksiyaları davam edir, onlar traktorlar və yük avtomobilləri ilə magistral yolları bağlayıblar
Yunanıstanda fermerlərin etiraz aksiyaları davam edir – bu haqda “Reuters” yazır.
Avropa İttifaqı tərəfindən kənd təsərrüfatı subsidiyalarının gecikdirilməsi səbəbindən fermerlər bütün ölkə miqyasında traktorlar və yük avtomobilləri ilə magistral yolları bağlayıblar.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis müzakirələrə açıq olduğunu bildirib və fermerləri yolların blokadalarına son qoymağa çağırıb.
Fermerlər isə bunun “həyatda qalmaq məsələsi” olduğunu və dayanmaq niyyətində olmadıqlarını bildirirlər.
Məlumat üçün bildirək ki, Avropa İttifaqının subsidiyalarının ödənilməsindəki gecikməyə ölkədə korrupsiya qalmaqalı ilə bağlı istintaq səbəb olub. İş kənd təsərrüfatında Avropa İttifaqının subsidiyalarını almaq üçün fermerlərin torpaq və mal-qara mülkiyyəti haqqında məlumatı saxtalaşdırması ilə bağlıdır. Medianın məlumatına əsasən, iş üzrə hazırda istintaq aparılır.