"Reuters" - Yelisey Sarayı həyat yoldaşının Emmanuel Makrona şillə vurmasını inkar edir
"Reuters" - Yelisey Sarayı həyat yoldaşının Emmanuel Makrona şillə vurmasını inkar edir

 

Sosial şəbəkələrdə Fransa Prezidenti və həyat yoldaşının videosunu müzakirə edirlər. Emmanuel Makronun mayın 25-də Vyetnama səfəri zamanı çəkilmiş videodan söz gedir.

Fransa mediasının məlumatına əsasən, Amerikanın “Associated Press” agentliyinin yaydığı kadrlarda Fransa Prezidentinin təyyarəsinin qapısının necə açıldığı və hələ də təyyarədə olan Makronun göründüyü əks olunub. Bu zaman videoda Makronun həyat yoldaşının əlləri görünür, lakin Bricit Makronun özü görünmür. Daha sonra qadın əlini Makronun üzünə qoyur və çəkir. Bu zaman belə bir təəssürat yaranır ki, həyat yoldaşı Fransanın Prezidentinə şillə vurub. Makron əvvəlcə təəccüblənir və sonra təyyarənin trapından əlini yelləyir və insanlara salam verir.

Bu görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. Əvvəlcə Yelisey Sarayında videonun həqiqiliyini təkzib edirdilər, lakin sonradan həmin görüntülərin real olduğunu təsdiq etdilər. “Reuters”in məlumatına əsasən, Yelisey Sarayı həyat yoldaşının Emmanuel Makrona şillə vurmasını inkar edir.

Fransa Prezidentinə yaxın insanlar Fransa mediası ilə söhbətlərində bildirirlər ki, görüntülərdə “zarafat” edən “adi ər-arvad” görünür.

“Bu, prezidentlə həyat yoldaşının səfərə başlamazdan əvvəl son dəfə dincəldiyi an idi və zarafat edirlər. Bu, ər-arvad arasında yaxınlıq anıdır. Bu, konspirologiya sevərlər üçün kifayət qədər material almaq üçün yetərli idi” – mənbə bildirib.