“Reuters” – yaxın günlərdə ABŞ Ukrayna üçün əlavə 750 milyon dollarlıq hərbi yardım çatdlıracaq

10:25, 13.04.2022

“Reuters” agentliyinin məlumatına görə, yaxın günlərdə ABŞ Ukrayna üçün əlavə 750 milyon dollarlıq hərbi yardım çatdlıracaq. Agentlik məlumatı iki Amerikalı yüksək vəzifəlisinə istinad edərək yayır.

Agentliyin məlumatına görə, yardımın tərkibi barəsində yekun qərar qəbul edilməyib, lakin güman edildiyinə görə, bu gün məlum olacaq.

Konqressin yüksək vəzifəlisinə istinad edərək “Reuters” agentliyi yazır ki, yardım güman edildiyinə görə, Ukrayna üçün ağır quru artileriya sisteminin, o cümlədən haubislərin çatdırılmasını əhatə edir.

 

Oxşar