"Reuters" - Volodimir Zelenski fevralın 24-də prezident seçkilərinin tarixi və ərazi məsələsi ilə bağlı referendum planını elan edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun dördüncü ildönümündə prezident seçkiləri və ərazi məsələsi ilə bağlı referendum planını elan etmək niyyətindədir. Bu haqda məlumatı “Reuters” yayır.
Medianın məlumatına əsasən, Ukrayna Rusiya ilə sülh müqaviləsi haqqında referendumla yanaşı, prezident seçkilərini planlaşdırmağa da başlayıb.
Yayılmış məlumata əsasən, rəsmi şəxslər Ukrayna prezident seçkilərinin, eləcə də referendumun mayda keçiriləcəyini istisna etmirlər.