“Reuters” – Volodimir Zelenski Donald Trampla telefon danışığında Vladimir Putinin Donetskin bütün vilayətindən imtina tələbinə rədd cavabı verib
“Reuters” – Volodimir Zelenski Donald Trampla telefon danışığında Vladimir Putinin Donetskin bütün vilayətindən imtina tələbinə rədd cavabı verib

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinin Donetskin bütün vilayətinin verilməsi tələbinə, cəbhənin digər xətlərinin dondurulması müqabilində, rədd cavabı verib. Bu barədə məlumatı “Reuters” öz mənbəsinə istinadən yayıb.

Donald Tramp Volodimir Zelenski ilə Rusiya lideri ilə keçirilən görüşdən sonra telefonla danışıb. Ukrayna və ABŞ prezidentlərinin söhbətinə, hansı ki Ukrayna liderinin sözlərinə görə, bir saat yarım davam edib, Avropa və NATO liderləri də qoşulublar.

Bazar ertəsi Vaşinqtonda Donald Tramp və Volodimir Zelenskinin görüşü planlaşdırılıb və “Reuters”in mənbəsinə görə, həmin görüşə Avropa liderləri də dəvət olunublar.

Mediada yayılan məlumatlara görə, Tramp Zelenskiyə deyib ki, Putin təklif edib: əgər Ukrayna Donbasdan bütün qüvvələrini çıxararsa, cəbhə xəttini dondurmaq mümkündür. Zelenski isə bu variantı qətiyyən qəbul etməyib.

Bununla yanaşı, “New York Times”ın məlumatına görə, Rusiya müharibədən sonra rus dilinin Ukraynada rəsmi dil olması və Rus Pravoslav Kilsəsinin Ukrayna ərazisində sərbəst fəaliyyət göstərə bilməsi üçün zəmanət tələb edir.

Donald Tramp və Vladimir Putinin görüşü 15 avqustda Alyaskada, ABŞ hərbi bazasında keçirilib. Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanmasından sonra ABŞ-Rusiya arasında ilk sammit idi. Liderlərin danışıqları üç saat davam edib.