"Reuters" - Vladimer Putin tələb edir ki, Ukrayna Donbasdan, NATO-ya üzvlük ambisiyalarından imtina etsin, neytrallığı qoruyub saxlasın və ölkəyə qərbli hərbçiləri buraxmasın
Vladimer Putin tələb edir ki, Ukrayna Donbas bölgəsindən, NATO-ya üzvlük ambisiyalarından imtina etsin, neytrallığı qoruyub saxlasın və ölkəyə qərbli hərbçiləri buraxmasın – bu barədə “Reuters” anonim mənbələrə istinadən yazır.
Nəşrin qeyd etdiyi kimi, onlar Kremlin təklifi ilə bağlı ətraflı məlumat əldə ediblər.
Üç mənbənin məlumatına əsasən, Rusiya Prezidenti yeni təklifində Ukraynadan Donbasın bu vaxtadək Kiyevin nəzarət etdiyi hissələrini tamamilə tərk etməsini tələb edir. Bunun müqabilində Moskva Zaporojie və Xersonun hazırkı cəbhə xəttində döyüş əməliyyatlarını dayandıracaq.
Bununla yanaşı, “Reuters”in məlumatına əsasən, Moskva hazırda nəzarət etdiyi Xarkov, Sumi və Dnepropetrovskun kiçik hissələrini geri qaytarmağa hazırdır.
Nəşr yazır ki, statistikaya əsasən, Rusiya Donbasın 88%-nə, Xerson və Zaporojienin isə təxminən 73%-nə nəzarət edir.