Reuters – Viktor Orbán António Costaya müraciət edərək “Drujba” boru kəmərinin zədələnmə miqyasını qiymətləndirəcək komissiyanın yaradılmasını istəyib
Reuters – Viktor Orbán António Costaya müraciət edərək “Drujba” boru kəmərinin zədələnmə miqyasını qiymətləndirəcək komissiyanın yaradılmasını istəyib

Macarıstanın baş naziri Viktor Orbán Avropa İttifaqına müraciət edərək “Drujba” neft kəmərinin zədələnmə miqyasını qiymətləndirəcək komissiyanın yaradılmasını istəyib.

Bu barədə Orbanın Avropa Şurasının prezidenti António Costaya ünvanladığı məktubda deyilir, – Reuters xəbər verir.

Orban bildirib ki, Ukrayna üçün nəzərdə tutulan iri həcmli kredit paketinin gecikməsi ilə bağlı yaranmış siyasi çətinliklərin ağırlığını tam dərk edir və təşəbbüsünün bu məsələnin tez bir zamanda həllinə töhfə verməyə yönəldiyini qeyd edib.

“Məktubda qeyd olunur ki, Macarıstan və Slovakiya ekspertlərinin iştirakı ilə faktaraşdırıcı missiyanın yaradılması ideyasını dəstəkləyirik ki, ‘Drujba’ neft kəmərinin vəziyyəti yoxlanılsın.”