Reuters və Ipsos sorğularına əsasən, seçicilərin 44 faizi Kamala Harrisi, 42 faizi isə Donald Trampı dəstəkləyir

13:15, 24.07.2024

Reuters və Ipsos sorğularına görə, Kamala Harrisin Donald Trampı cüzi üstünlüyü var.

Sorğulara görə, seçicilərin 44 faizi ABŞ vitse-prezidentini, 42 faizi isə keçmiş ABŞ prezidentini dəstəkləyir.

“Reuters” yazır ki, keçən həftə prezidentlik kampaniyasını tərk etməzdən əvvəl Co Bayden Donald Trampdan iki faiz geri qalırdı.

İyulun 22 və 23-də yeni sorğu keçirilib. 15-16 iyul tarixlərində keçirilən sorğuda Harris və Tramp 44 faiz bərabər olub, 1-2 iyul tarixlərində keçirilən sorğuda Tramp bir faiz bəndi ilə lider olub.

Reuters yazır ki, sorğuda səhv üç faiz bəndi daxilindədir.

Oxşar