"Reuters" - Valeri Qerasimov bildirir ki, Rusiya qüvvələri 2026-cı ildə Ukraynada 1700 kvadrat kilometr ərazini ələ keçirib və Donbas istiqamətində Ukrayna qüvvələrini mühasirəyə alıb
"Reuters" - Valeri Qerasimov bildirir ki, Rusiya qüvvələri 2026-cı ildə Ukraynada 1700 kvadrat kilometr ərazini ələ keçirib və Donbas istiqamətində Ukrayna qüvvələrini mühasirəyə alıb

 

Rusiya qüvvələri bu il Ukraynada 1700 kvadrat kilometr ərazini ələ keçirib və Donbas istiqamətində Ukrayna qüvvələrini mühasirəyə alıb – bu haqda Rusiya Baş Qərargahının rəisi Valeri Qerasimovun şərhini “Reuters” yayır.

Qerasimovun qeyd etdiyi kimi, rus qüvvələri Slavyansk, Kramatorsk və Kostyantinovka istiqamətində irəliləyib.

“Bu ilin əvvəlindən bəri ümumilikdə 80 yaşayış məntəqəsi və 1700 kvadrat kilometrdən çox ərazi nəzarətimizə keçib” – Qerasimov bildirib.

“Reuters” yazır ki, Moskvanın qiymətləndirməsinə əsasən, Rusiya Donbasın təxminən 90%-nə, Zaporojie və Xerson bölgələrinin təxminən 75%-nə və Xarkov, Sumi, Nikolayev və Dnepropetrovsk bölgələrinin bir hissəsinə nəzarət edir.