“Reuters” – Ukraynaya hərbi yardımın müvəqqəti dayandırılması barədə göstəriş Müdafiə katibi Pit Heqsetin ofisindən verilib və bu barədə Ağ Evdə məlumat yox idi
“Reuters” – Ukraynaya hərbi yardımın müvəqqəti dayandırılması barədə göstəriş Müdafiə katibi Pit Heqsetin ofisindən verilib və bu barədə Ağ Evdə məlumat yox idi

Ukraynaya hərbi yardımın müvəqqəti dayandırılması barədə göstəriş Müdafiə katibi Pit Hegsetin ofisindən verilib və bu barədə Ağ Evdə heç bir məlumat yox idi. Məlumatı “Reuters” yayıb.

“Reuters”in verdiyi xəbərə görə, 30 yanvarda Oval kabinetdə Ukrayna məsələsinə həsr olunmuş görüş keçirilib. Bu görüşdə Pit Hegset və milli təhlükəsizlik məsələləri üzrə digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Mənbənin bildirdiyinə əsasən, həmin görüşdə Ukraynaya yardımın dayandırılması ilə bağlı fikir səsləndirilib, lakin prezident tərəfindən bu barədə hər hansı göstəriş verilməyib. Əvəzində, Pentaqondan bir göstəriş verilib ki, bu da üç yük aviaşirkətinə Ukraynaya göndərilməsi planlaşdırılan artilleriya mərmiləri və digər silah-sursatla yüklənmiş 11 reysin dayandırılmasını tapşırıb.

Nəticədə, 2 fevral tarixində Vaşinqtona Ukraynadan və Polşadan telefon zəngləri daxil olub – suallarla: reyslərin dayandırılması barədə göstərişi kim verib? Göndərişlər 5 fevralda bərpa olunub. Medianın yazdığına görə, məlum olub ki, nə Donald Tramp, nə də digər yüksək vəzifəli şəxslər Hegsetin verdiyi bu göstərişdən xəbərdar olublar. “Transcom”da bildirirlər ki, bu əmr Müdafiə katibinin ofisindən alınıb və reyslərin ləğvi 2.2 milyon dollara başa gəlib.