“Reuters” – Ukrayna məsələsində razılığa nail olmaq üçün Rusiya ABŞ-a tələblər siyahısını təqdim edib

12:38, 13.03.2025

 
Ukrayna məsələsində razılığa nail olmaq və ikitərəfli münasibətləri tənzimləmək üçün Rusiya ABŞ-a tələblər siyahısını təqdim edib.

Bu haqda məlumatı “Reuters” yayır.

Agentliyin mənbələri bildirirlər ki, rus və amerikalı rəsmilər son üç həftə ərzində şərtləri müzakirə ediblər.

“Reuters”in məlumatına əsasən, tələblər Ukraynanın NATO-ya üzvlüyünün istisna edilməsini, Ukrayna ərazisində əcnəbi hərbçilərin yerləşdirilməyəcəyinə dair razılaşmanı və Krım, eləcə də Ukraynanın dörd regionunun Rusiyaya məxsus olmasının beynəlxalq səviyyədə tanınmasını əhatə edir.

“Reuters” yazır ki, Moskva müharibənin başlamasının “əsas səbəblərinin” aradan qaldırılmasını tələb edir, bu isə NATO-nun şərqə doğru genişlənməsinə qarşı çıxır.

Oxşar