“Reuters” – Türkiyədə müxalifət vətəndaşları hökumətyönlü şirkətləri boykot etməyə çağırır

18:07, 27.03.2025

 

Türkiyə müxalifəti vətəndaşları hökumətyönlü şirkətləri boykot etməyə çağırır.

Bu barədə məlumatı “Reuters” yayır.

Türkiyə müxalifəti tərəfdarlarını hökumətlə əlaqəli holdinq şirkətlərini, qəhvə ticarət şəbəkələrini və televiziya kanallarını boykot etməyə çağırıb.

Müxalifət fəalları bu tələblə İstanbulda qəhvə dükanlarından birinin qarşısında aksiya keçiriblər.

“Türk xalqı Ərdoğan və onun tərəfdarlarının sahib olduğu institutlardan uzaq durmalıdır. Ərdoğan hökumətini maliyyələşdirməyin” – aksiyanın təşkilatçıları bildiriblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan boykotu məsuliyyətsizlik adlandırıb.

Məlumat üçün bildirək ki, İstanbulun meri Ekrem İmamoğlunun saxlanılması Türkiyədə etiraz aksiyaları ilə müşaiyət olunub.

Oxşar