“Reuters” – Türkiyə və Yunanıstan liderləri Ankarada keçirilən görüşdə dəniz sərhədləri ilə bağlı uzunmüddətli mübahisəni beynəlxalq hüquq çərçivəsində həll etmək istədiklərini bildiriblər
Türkiyə və Yunanıstan liderləri Ankarada baş tutan görüşdə dəniz sərhədləri ilə bağlı uzun illərdir davam edən mübahisənin həlli niyyətini ifadə ediblər. Bu barədə “Reuters” yazır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə Egey və Şərqi Aralıq dənizi məsələlərini “səmimi və açıq şəkildə” müzakirə edib.
“Biz bir daha deyirik ki, mövcud məsələlər mürəkkəbdir, lakin beynəlxalq hüquq çərçivəsində onların həlli mümkündür. Bunun üçün yalnız xoş niyyət və konstruktiv dialoq lazımdır”, – deyə Ərdoğan qeyd edib.
Öz növbəsində Yunanıstanın Baş naziri də sərhədlərlə bağlı mübahisənin beynəlxalq məhkəmə tərəfindən həll edilməli olduğunu bildirib.
Türkiyə və Yunanıstan onilliklərdir Egey dənizində sərhədlər və hüquqlarla bağlı məsələlər üzrə qarşıdurma yaşayır.