"Reuters" – Türkiyə, Rusiya əleyhinə son vaxtlarda tətbiq olunan Qərb sanksiyalarına cavab olaraq, daha çox qeyri-rus neftinin alınmasına başlayıb
"Reuters" – Türkiyə, Rusiya əleyhinə son vaxtlarda tətbiq olunan Qərb sanksiyalarına cavab olaraq, daha çox qeyri-rus neftinin alınmasına başlayıb

Türkiyənin ən böyük neft emalı zavodları, Rusiya qarşı son dövrlərdə tətbiq olunan Qərb sanksiyalarına cavab olaraq, daha çox qeyri-rus mənşəli neft almağa başlayıblar. Bu barədə “Reuters” anonim mənbələrə istinadən yazır.

Mənbələrin bildirdiyinə görə, ən böyük türk zavodlarından biri – SOCAR Turkey Aegean Refinery (STAR), hansı ki, Azərbaycan şirkəti SOCAR-a məxsusdur, bu yaxınlarda Qazaxıstandan və digər qeyri-rus təchizatçılardan neft alıb.

“Reuters”in hesablamalarına əsasən, daşımaların həcminə görə, alınan neftin miqdarı gündə təxminən 77,000–129,000 barrel təşkil edir ki, bu da “SOCAR”-ın daha az Rusiya nefti istifadə edəcəyi anlamına gəlir.

Bundan əlavə, mənbələrin “Reuters”ə bildirdiyinə görə, Türkiyənin digər iri neft emalı şirkəti olan Tupras, ölkədəki iki böyük zavoddan birinin ehtiyacları üçün, Avropa İttifaqının sanksiyalarını pozmadan Avropaya yanacaq ixracını davam etdirmək məqsədilə, qeyri-rus istehsallı neft məhsullarının alışını artırır.

Qeyd edək ki, Türkiyə, Çin və Hindistanla birlikdə, Rusiya neftinin əsas alıcılarından biridir.