Reuters – Türkiyə hökuməti müxalifətin mağazaların 24 saatlıq kütləvi boykot çağırışını təxribat cəhdi kimi pisləyib
Türkiyə hökuməti müxalifətin mağazaların 24 saatlıq kütləvi boykot çağırışını təxribat cəhdi kimi pisləyib, Reuters xəbər verir.
Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) həbsdə olan İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu ilə həmrəylik nümayişində vətəndaşları prezident Rəcəb Tayyib Ərdoğana bağlı və ya onu dəstəkləyən şirkətlərin məhsul və xidmətlərini boykot etməyə çağırıb.
Lakin bu gün bu çağırış daha da geniş vüsət alıb və vətəndaşlardan tam gün ərzində ümumiyyətlə alış-veriş etməmələri xahiş olunub.
Ticarət naziri Ömər Bolatın sözlərinə görə, belə bir boykot ölkənin iqtisadi sabitliyini təhdid edir və bu çağırışın müəlliflərini hökuməti sarsıtmağa çalışmaqda ittiham edir.
Reuters yazır ki, Türkiyə iqtisadiyyatı çoxillik böhran içərisindədir, yaşayış xərcləri rekord həddə çatır və valyuta ucuzlaşır, inflyasiyanın fevral ayında 39%-ə çatmasıdır.