“Reuters” – Tramp vəzifəyə gələn kimi Amerika Birləşmiş Ştatlarının federal hökumətinin yalnız iki cinsi, kişi və qadını tanıdığını bəyan edəcək
Donald Tramp vəzifəyə gələn kimi rəngarənglik, bərabərlik və inklüzivlik proqramlarının ləğvi haqda icra sərəncamları verəcək və Amerika Birləşmiş Ştatlarının federal hökumətinin yalnız iki cinsi, kişi və qadını tanıdığını bəyan edəcək – “Reuters”in məlumatına əsasən, bu haqda ABŞ-ın gələcək administrasiyasının nümayəndələrindən biri bildirib.
Bununla yanaşı, icra sərəncamlarının bir hissəsi olaraq, federal vəsaitlər “gender ideologiyası”nın populyarlaşdırılması üçün istifadə edilməyəcək.
“Reuters”in məlumatına əsasən, həmçinin, Amerika Birləşmiş Ştatlarının maliyyəsi dəyişikliyə səbəb olan tibbi prosedurlar üçün istifadə edilməyəcək. İcra sərəncamlarının ABŞ hərbçiləri üçün nə demək olduğu hələlik aydın deyil. İlk səlahiyyət müddətində Tramp transgender əsgərlərin orduda xidmət etməsini qadağa edəcəyini bəyan etdi və onun administrasiyası transgender kadrların işə götürülməsini dondurdu. Bayden 2021-ci ildə vəzifəyə gələndə bu qərarı ləğv etdi.