“Reuters” — Tramp administrasiyası İrana əlavə minlərlə amerikalı hərbçinin göndərilməsini müzakirə edir, bu isə İranda müharibənin yeni mərhələyə keçə biləcəyinə işarə edir
“Reuters” — Tramp administrasiyası İrana əlavə minlərlə amerikalı hərbçinin göndərilməsini müzakirə edir, bu isə İranda müharibənin yeni mərhələyə keçə biləcəyinə işarə edir

ABŞ prezidenti Donald Trampın administrasiyası İrana əlavə minlərlə amerikalı hərbçinin göndərilməsini müzakirə edir. Bu isə İranda davam edən müharibənin yeni mərhələyə keçə biləcəyinə işarədir, – “Reuters” agentliyi xəbər verir.

Agentliyin məlumatına görə, əlavə hərbçilərin yerləşdirilməsi Trampa əməliyyatı genişləndirmək üçün digər variantları nəzərdən keçirməyə imkan verə bilər.

“Reuters”ə danışan mənbələrdən biri bildirib ki, variantlar arasında Hürmüz boğazında neft tankerlerinin təhlükəsiz hərəkətini təmin etmək də var. Lakin bu halda ABŞ qoşunlarını İran sahil zolağında yerləşdirməli olacaq.

Eyni zamanda, mənbələrdən biri Trampın digər bir variantının Xarg adasında hərbçilərin yerləşdirilməsi olduğunu qeyd edib. Mənbələr bildirir ki, belə əməliyyat risklidir, çünki İranın adaya raket və dronlarla hücum etmək imkanları mövcuddur.