"Reuters" - Slovakiya və Macarıstan, Avropa İttifaqının sanksiyalarına baxmayaraq, rus neftini 2023-cü ilin sonuna qədər ala biləcəklər
"Reuters" - Slovakiya və Macarıstan, Avropa İttifaqının sanksiyalarına baxmayaraq, rus neftini 2023-cü ilin sonuna qədər ala biləcəklər

Slovakiya və Macarıstan, Avropa İttifaqının sanksiyalarına baxmayaraq, rus neftini 2023-cü ilin sonuna qədər ala biləcəklər. Bu barədə məlumatı “Reuters” Avropa İttifaqının mənbəsinə istinad edərək yayır.

“Reuters” yazır ki, istisna olubdur, çünki Slovakiya və Macarıstan rus neftindən əhəmiyyətli dərəcədə asılıdılar.

Medianın məlumatına görə, Avropa İttifaqı rus neftinin əsas müştərisidir, gündə təxminən 3.5 milyon xam və təmizlənmiş məhsulunu alır. Ötən il ittifaq rus neftinə 73 milyard avrodan artıq xərclədi.