“Reuters” – Şimali Atlantika Alyansı illik sammitlərin dayandırılmasını və ya daha nadir keçirilməsini planlaşdırır
Şimali Atlantika Alyansı illik sammitlərin keçirilməsini dayandırmağı və ya onları daha seyrək təşkil etməyi planlaşdırır – bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu addımla NATO üzv ölkələri ABŞ prezidenti Donald Trampla onun prezidentliyi dövründə potensial gərgin görüşlərdən yayınmağa çalışırlar.
Mənbələrdən birinin sözlərinə görə, NATO üzvləri “daha az dramatiklik və daha yaxşı qərarlar” axtarırlar. Digər bir mənbə isə bildirib ki, sammitlər iki ildən bir keçirilə bilər və bu məsələ ilə bağlı yekun qərarı alyansın baş katibi Mark Rutte verəcək.
“Pis sammitlərdənsə, daha az sammitin olması daha yaxşıdır. Hələ də görüləcək işlərimiz var və nə etməli olduğumuzu bilirik”, – deyə diplomatların birinin sözləri sitat gətirilir.
“Reuters” yazır ki, NATO sammitlərinin keçirilmə tezliyi alyansın 77 illik tarixi ərzində dəyişib, lakin 2021-ci ildən etibarən liderlər hər yay toplaşırlar. Bu il isə onlar 7–8 iyul tarixlərində Türkiyənin paytaxtı Ankarada bir araya gələcəklər.