Reuters – Sergey Lavrov bəyan edir ki, Ukraynanın üzdəniraq referendumlarının keçirildiyi dörd bölgəsi Rusiyaya qoşulsa, Moskvanın “tam himayəsinə” keçəcək

16:47, 25.09.2022

“Reuters” agentliyinin məlumatına görə, Sergey Lavrov bəyan etdi ki, Ukraynanın üzdəniraq referendumlarının keçirildiyi dörd bölgəsi Rusiyaya qoşulsa, Moskvanın “tam himayəsinə” keçəcək

Nyu-Yorkda, Baş Assambleyada çıxışından sonra keçirilən mətbuat konfransında Rusiyanın Xarici İşlər naziri, Sergey Lavrov jurnalistlərin “Rusiyanın aneksiya edilmiş bölgələri müdafiə etmək üçün nüvə silahından istifadə etmək üçün hər hansı əsasının olub-olmayacağı” sualına cavab verdi.

“Referendumlardan sonra, Rusiya uzun müddət neonasist rejimi tərəfindən sıxışdırılan bu insanların ifadə azadlığına, şübhəsiz ki, hörmətlə yanaşır. Rusiya Federasiyasının bütün qanunları, doktrinaları, konsepsiyaları və strategiyaları onun bütün ərazisinə şamyayılır”, – Sergey Lavrov qeyd etdi.

Oxşar