"Reuters" - Rusiyayönlü separatçılar Ukraynanın Donetsk və Luqansk vilayətlərində Google-un axtarış sistemini blokladılar
"Reuters" - Rusiyayönlü separatçılar Ukraynanın Donetsk və Luqansk vilayətlərində Google-un axtarış sistemini blokladılar

Rusiyayönlü separatçılar Ukraynanın Donetsk və Luqansk vilayətlərində Google-un axtarış sistemini blokladılar.

“Reuters” agentliyinin yazdığına görə, sosial şəbəkədə yayılan bəyanatda qondarma Donetsk Xalq Respublikasının lideri, Denis Puşilin “Google”-u ruslara qarşı zorakılığı həvəsləndirmək və ittiham etsi və buna görə ABŞ hökumətini günahlandırdı.

Əgər “Google” cinayət siyasətini davam etdirməyi dayandırsa və qanun, əxlaq və sağlam düşüncə çərçivəsinə qayıtsa, onun işinə heç bir maneə olmayacaq”,- Puşilin bəyan etdi.

“Google” şirkəti hələlik rusiyayönlü separatçıların qərarına şərh verməyib.