“Reuters” – Rusiyada elan edilən qismən səfərbərliyə texnologiya mütəxəssisləri, bankirlər və dövlət mediasının üzvləri aid olmayacaqlar
Rusiyada elan edilən qismən səfərbərliyə texnologiya mütəxəssisləri, bankirlər və dövlət mediasının üzvləri aid olmayacaqlar. Bu barədə “Reuters” agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayır.
İdarənin məlumatına görə, kritik əhəmiyyətli sahələrdə çalışanlar səfərbərliyə məruz qalmayacaqlar. Bu qərar konkret yüksək texnologiyalı sənaye sahələrinin fəaliyyətini təmin etmək, eləcə də qismən səfərbərliyin Rusiya maliyyə sisteminə təsir etməməsini təmin etmək üçün qəbul edildi. İT mütəxəssisləri, telekommunikasiya sahəsində çalışanlar, maliyyəçilər, həmçinin “sistematik əhəmiyyətli” media əməkdaşları hərbi xidmətə çağırılmayacaqlar.
Müdafiə Nazirliyinin məlumatına görə, şirkətlərin rəhbərliyi qeyd olunan meyarlara cavab verən işçilərin siyahılarını təqdim etməlidir.
Rusiyada qismən səfərbərlik sentyabrın 21-də elan edildi. Müdafiə naziri Sergey Şoyqu bəyan edir ki, 300 min nəfər hərbi xidmətə çağırılacaq, baxmayaraq ki, fərmanın səfərbərliyin elan edilməsi ilə bağlı hissəsi məxfidir ki, hansı da hərbi xidmətə çağırılacaq şəxslərin sayına aiddir. “Novaya qazeta” nəşri öz mənbələrinə əsaslanaraq yazır ki, Kreml bir milyona qədər adamı rekrutka etməyi planlaşdırır. Qeyd olunan məlumatı Rusiya prezidentinin mətbuat katibi, Dmitri Peskov təkzib edir.