Rusiya Sakit Okeanda hərbi təlimlərə başlayır.
Reuters agentliyinin yazdığına görə, təlimlərdə 40-dan artıq döyüş gəmisi, eləcə də 20 təyyarə və vertalyot iştirak edəcək.
Rusiya Müdafiə Nazirliyində bəyan edirlər ki, təlimdə “Marşal Krılov” komanda gəmisi, həmçinin “Marşal Şapoşnikov” freqatı, gəmi əleyhinə iri gəmilər və korvetlər iştirak edəcək.
İdarədə bəyan etdiklərinə görə, gəmilər aviasiya ilə birlikdə şərti düşmənin sualtı qayıqlarının axtarışı ilə bağlı əməliyyatlar aparacaqlar.