"Reuters" – Qazaxıstan Rusiya vətəndaşlarının ölkədə qeyri-müəyyən müddətə qalmasına artıq icazə verməyəcək
"Reuters" – Qazaxıstan Rusiya vətəndaşlarının ölkədə qeyri-müəyyən müddətə qalmasına artıq icazə verməyəcək

Qazaxıstan Rusiya vətəndaşlarının ölkədə qeyri-müəyyən müddətə qalmasına artıq icazə verməyəcək. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.

Qazaxıstan hökuməti Rusiya və Avrasiya İqtisadi İttifaqına üzv olan digər dövlətlərin vətəndaşlarının ölkədə qeyri-müəyyən müddətə qalmasına de-fakto icazə verən təcrübəyə son qoyacaq.

Bunun üçün onlar Qazaxıstanda üç ay qaldıqdan sonra ölkə ərazisini tərk etməli, daha sonra isə, daha 90 gün ölkədə qalmaq hüququ əldə etməlidirlər.

Qazaxıstan Daxili İşlər Nazirliyində bəyan etdiklərinə görə, islahata əsasən, hakimiyyət miqrasiya axınlarına daha ciddi nəzarət edəcək.

On minlərlə Rusiya vətəndaşı Qazaxıstana Rusiyanın Ukraynadakı müharibəsindən və Kremlin hərbi səfərbərlik elan etməsindən sonra getdi.