"Reuters" - Qazaxıstan prezidenti hökumətə neftin Avropaya nəqli marşrutlarını eversifikasiya etməyi tapşıdı
"Reuters" - Qazaxıstan prezidenti hökumətə neftin Avropaya nəqli marşrutlarını eversifikasiya etməyi tapşıdı

Rusiya məhkəməsi Xəzər Boru Kəməri Konsorsiumunun işini 30 gün müddətinə dayandırdıqdan sonra, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətə neft tədarükü marşrutlarını diversifikasiya etməyi tapşırdı. Bu barədə “Reuters” yazır.

Agentliyin məlumatına görə, neft Qazaxıstanın böyük “Tengiz” yatağından Rusiya vasitəsilə Qara Dənizə nəql olunur. Onun dayandırılması 1970-ci illərdən bəri ən pis tədarük fasilələri ilə üzləşən neft bazarında yük olacaq.

Tokayev hökumətə Xəzər Dənizindən boru kəmərinin çəkilməsi imkanlarını öyrənməyi tapşırdı. Medianın məlumatına görə, bu, keçmişdə təklif olunan layihədir və Qazaxıstan neftinin Rusiyadan yan keçməklə Avropaya nəqlinə imkan verəcək.

Qazaxıstan Prezidentinin sözlərinə görə, Xəzər dənizinin liman infrastrukturunun təkmilləşdirilməsi ölkə üçün strateji məqsəddir. Bununla yanaşı o, “Xəzər Boru Kəməri Konsorsiumunu2 qeyd etməyib.

Qeyd edək ki, Qazaxıstanın Avropaya neft ixracı Rusiya boru kəmərlərindən asılıdır. Çərşənbə günü Rusiyanın Novorossiysk Şəhər Məhkəməsi neft sızması ilə bağlı problemləri əsas gətirərək, Xəzər Boru Kəməri Konsorsiumunun işini dayandırmaq barədə qərar qəbul etdi.