“Reuters” – Qara Dəniz taxıl razılaşmasının müddəti başa çatmazdan əvvəl sonuncu gəmi Ukrayna limanını tərk etdi

13:00, 16.07.2023

Qara Dəniz taxıl razılaşmasının müddəti başa çatmazdan əvvəl sonuncu gəmi Ukrayna limanını tərk etdi. Məlumatı “Reuters” yayır.

Media BMT-nin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ukrayna taxılının Qara Dənizə təhlükəsiz ixracına icazə verən gəminin bu gün səhər, tezdən Odessa limanını tərk etdiyini yazır.

Rusiya hələ ki, taxıl razılaşmasının vaxtının uzadılmasına razılaşmayıb.

Birləşmiş Millətlər Təşkilatının baş katibi, Antonio Quterreş Rusiya prezidenti, Vladimir Putinin razılaşmanın uzadılması təklifinə cavabını gözlədiyini bəyan etdi.

Xatırladaq ki, Ukrayna və Rusiya dünyanın ən böyük taxıl ixracatçıları sırasındadır. Rusiya dəfələrlə 2022-ci ilin iyulunda Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Türkiyənin vasitəçiliyi ilə BMT-nin razılaşmasından çıxacağı ilə hədələdi.

Oxşar