“Reuters” – Qambiyadan Kanar adalarına gedən miqrant qayığında 5 nəfərin meyiti aşkarlanıb
“Reuters” – Qambiyadan Kanar adalarına gedən miqrant qayığında 5 nəfərin meyiti aşkarlanıb
Qambiyadan Kanar adalarına doğru hərəkət edən miqrant qayığında 5 nəfərin meyiti aşkarlanıb. Qayıq Kanar adalarının dəniz xilasetmə xidməti tərəfindən xilas edilib. Bu barədə “Reuters” məlumat yayıb.
Medianın məlumatına görə, miqrant hüquqlarını müdafiə edən qruplar sağ qalan şəxslərə istinadən bildiriblər ki, qayıqla səfər zamanı Kanar adalarına çatmazdan əvvəl onlarla insan həlak olub.
“Reuters”in məlumatına görə, vəziyyəti ağır olan 3 miqrant helikopterlə xəstəxanaya çatdırılıb.
Nəşr qeyd edir ki, Qərbi Afrikadan Kanar adalarına uzanan dəniz marşrutu dünyada ən ölümcül miqrasiya yollarından biridir. Rəsmi məlumatlara görə, bu il Qərbi Afrikadan Kanar adalarına çatan miqrantların sayı 57,4 faiz azalıb.