“Reuters” – Polşada əhaliyə yod həbləri paylanır, buna səbəb Ukraynanın Zaporojye AES-də baş verən döyüşlər adlandırılır
Polşada əhaliyə yod həbləri paylayırlar. “Reuters” agentliyinin məlumatına görə, buna səbəb Ukraynanın Zaporojye atom elektrik stansiyası ətrafında baş verən döyüşlər adlandırılır.
Polşa Daxili İşlər Nazirliyində bəyan etdiklərinə görə, yod həblərinin paylanması “rutin” addımdır, hansı da prevensiya və əhalinin müdafiəsi məqsədini güdür.
Zaporojye atom elektrik stansiyası avqust ayından hədəfə çevrilib. Ukrayna və Rusiya bir-birini atom obyekti istiqamətində atəş açmaqda ittiham edir.
Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojye atom elektrik stansiyasının demilitarizasiya edilmiş zona kimi elan edilməsini tələb edir.