“Reuters” – Pentaqon Ukraynaya altı ədəd “Nasams”çatdırmalı olan şirkətə 1.2 milyard dollar ödəyəcək
Pentaqon Ukraynaya Amerikanın “Nasams” hava hücumundan müdafiə sisteminin alt ədədini çatdırmalı olan “Rayteon Technology” şirkətinə 1.2 milyard dollar ödəyəcək. Bu barədə “Reuters” agentliyi məlumat yayır.
Amerika Birləşmiş Ştatları artıq Ukraynaya qısa və orta mənzilli “Nasams” tipli iki hava hücumundan müdafiə sistemi çatdırıb. Ümumilikdə ABŞ Ukraynaya səkkiz ədəd “Nasams” sistemini çatdıracaq.