"Reuters" - Pekində hərbi parada gedən Si Dzinpin və Vladimer Putin biotexnologiyalar, orqanların transplantasiyası və 150 ilə qədər ömür sürmək imkanından danışırdılar
Pekində hərbi parada gedən Si Dzinpin və Vladimer Putin biotexnologiyaların inkişafı, orqanların transplantasiyası və insanların 150 ilə qədər ömür sürmək imkanından danışırdılar. “Reuters”in yazdığı kimi, liderlərin söhbətindən fraqmentlər tədbirin birbaşa translasiyası zamanı efirə gedib. Çinin dövlət yayımçısı CCTV translasiyanı təmin edirdi.
Putin və Si Dzinpin arasında bu söhbət Şimali Koreyanın lideri Kim Çen İnlə birlikdə dünya liderlərinin nümayəndə heyətinin önündə İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş hərbi paradın keçirildiyi Tiananmen meydanına gedən zaman baş tutub. Çin və Rusiyanın liderləri tərcüməçi vasitəsilə danışırdılar.
Kadrlarda Çinin liderinin tərcüməçisinin rus dilində dediyi eşidilir: “Əvvəllər insanlar nadir hallarda 70 yaşına qədər yaşayırdılar, indi isə 70 yaşında hələ uşaqsan”. Putinin tərcüməçisi çin dilində deyir: “Biotexnologiyalar daim inkişaf edir” və qeyri-müəyyən fraqmentdən sonra isə əlavə edir: “İnsanların orqanlarının transplantasiyası daim mümkündür. Nə qədər çox yaşasan, bir o qədər cavanlaşırsan və ölməzliyə nail olmaq belə mümkündür”.
Buna Si Dzinpinin cavabı eşidilir: “Bəziləri bu əsrdə insanların 150 yaşa qədər yaşaya biləcəyini proqnozlaşdırır.”
CCTV-nin qeydində Putinin rus dilində aydın danışması eşidilmir.
“Reuters” agentliyi yazır ki, Rusiya hökuməti, eləcə də Çin Xarici İşlər Nazirliyi və CCTV-dən şərh istəyib, lakin hələlik cavab almayıb.