"Reuters" - NATO dronların Polşanın hava məkanına daxil olmasını hücum kimi qiymətləndirmir
NATO dronların Polşanın hava məkanına daxil olmasını hücum kimi qiymətləndirmir – bu barədə Polşa mediası “Reuters” agentliyinə istinadən yazır.
“Reuters”in Şimali Atlantika Alyansındakı mənbəsi bildirib ki, “ilkin məlumatlar Polşada baş verən hadisənin Rusiya pilotsuz təyyarələrinin qəsdən müdaxiləsi olduğunu göstərir”, buna baxmayaraq, o, bildirib ki, “NATO Rusiya dronlarının daxil olmasını hücum hesab etmir”.
Məlumat üçün bildirək ki, Polşanın Baş naziri bildirib ki, sentyabrın 10-da gecə rus dronlarını ilk dəfə NATO üzvü ölkənin ərazisində düşürüblər, lakin panikaya əsas yoxdur.
Avropa İttifaqının xarici siyasət qurumunun rəhbəri bildirib ki, ilkin məlumatlara görə, Rusiya dronlarının Polşanın hava məkanına daxil olması qəsdən baş verib.
Ukrayna Prezidenti Polşanın hava məkanına ən azı 8 rus dronunun daxil olduğunu deyib.