“Reuters” – Mühafizəkarlar Partiyasında keçirilən sorğular göstərir ki, Böyük Britaniyanın baş naziri vəzifəsini tutmaq üçün, Liz Tras Rişi Sunakı 22 faizlə qabaqlayır
Mühafizəkarlar Partiyasında keçirilən sorğular göstərir ki, Böyük Britaniyanın baş naziri vəzifəsini tutmaq üçün, Liz Tras Rişi Sunakı 22 faizlə qabaqlayır. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.
“Reuters”-in yazdığına görə, sorğunu Mühafizəkarlar Partiyasında “Opinium” agentliyi keçirdi.
Partiyanın 450 üzvü arasında keçirilən sorğulara əsasən, respondentlərin 61 faizi baş nazir postuna məhz Böyük Britaniyanın Xarici İşlər nazirini, 39 faizi isə Maliyyə nazirinin keçmiş kansleri Rişi Sunakı dəstəkləyir.
Yeni baş nazirin kimliyi sentyabrın 5-də açıqlanacaq. İyulun 22-dən Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının ölkənin hər yerindən üzvləri poçt vasitəsilə partiyanın yeni liderinin seçkilərində iştirak edəcəklər.