“Reuters” – Misirin Şarm əl-Şeyx kurortunda baş verən avtomobil qəzası nəticəsində üç Qətərli diplomat həlak olub, ikisi isə yaralanıb
Misirin Şarm əl-Şeyx kurortunda baş vermiş avtomobil qəzası nəticəsində üç Qətərli diplomat həlak olub, ikisi isə yaralanıb. Bu barədə məlumatı “Reuters” yayıb.
Məlumata görə, hələlik müəyyən edilməyib ki, diplomatlar Şarm əl-Şeyxdə Misir rəsmiləri ilə birlikdə İsrail və “Həmas” arasında razılıq əldə etmək üçün danışıqlarda iştirak edən Qətər nümayəndə heyətinin üzvləri idilərmi.
Qeyd edək ki, məhz Şarm əl-Şeyx bazar ertəsi Qəzzada müharibənin dayandırılmasını məqsəd qoyan qlobal sammitə ev sahibliyi edəcək.