“Reuters” – Meksikada ən böyük narkokartelin rəhbərinin, “El Menço” ləqəbli şəxsin öldürülməsindən sonra ölkədə iğtişaşlar başlayıb
“Reuters” – Meksikada ən böyük narkokartelin rəhbərinin, “El Menço” ləqəbli şəxsin öldürülməsindən sonra ölkədə iğtişaşlar başlayıb

Meksikada ən böyük narkokartelin rəhbərinin, “El Menço” ləqəbli şəxsin öldürülməsindən sonra ölkədə iğtişaşlar başlayıb.

“Reuters” yazır ki, “El Menço”nun tərəfdarları bir neçə ştatda magistral yolları bağlayıb və avtomobilləri yandırıblar. Bir neçə aviaşirkət, o cümlədən Air Canada, United Airlines və Aeromexico Puerto Valiartaya uçuşları ləğv edib ki, bu da sərnişinlər arasında xaosa səbəb olub.

Məlumat üçün bildirək ki, Meksikanın təhlükəsizlik qüvvələri hərbi əməliyyat zamanı ən böyük narkokartelin rəhbəri, “El Menço” ləqəbli şəxsi öldürüblər. 59 yaşlı keçmiş polis əməkdaşı “El Menço” ABŞ-a külli miqdarda kokain, metamfetamin və fentanil daşıyan nəhəng cinayətkar təşkilata rəhbərlik edirdi.

ABŞ “El Menço” haqqında məlumat üçün 15 milyon dollar məbləğində mükafat təyin etmişdi.