"Reuters" - Mexiko ABŞ-nin təcavüzü qorxusu ilə Vaşinqtona daha da yaxınlaşacaq
"Reuters" - Mexiko ABŞ-nin təcavüzü qorxusu ilə Vaşinqtona daha da yaxınlaşacaq

 

Meksika hakimiyyəti Venesuelada keçirilən əməliyyatı qınayır, lakin Mexiko ABŞ-nin təcavüzü qorxusu ilə Vaşinqtona daha da yaxınlaşacaq – bu haqda məqaləni “Reuters” dərc edir.

“Reuters”in yazdığı kimi, təhlükəsizlik analitiklərinin sözlərinə əsasən, Meksika Prezidenti Klaudia Şeinbaumun hücumu sərt şəkildə qınaması onun Meksikadakı narkotik alverçilərinə qarşı oxşar hərəkətlərə dözməyəcəyini göstərir.

“Biz başqa ölkələrin daxili işlərinə müdaxiləni qəti şəkildə rədd edirik. Latın Amerikasının tarixi aydın və inandırıcıdır, müdaxilə heç vaxt demokratiya gətirməyib, heç vaxt rifah və ya davamlı sabitlik yaratmayıb” – Şeinbaum bildirib.

Ekspertlərin sözlərinə əsasən, Mexiko, təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın ABŞ-nin təcavüzünün qarşısını alması ümidi ilə Venesuelaya hücumdan sonra ehtimal ki, Vaşinqtona daha da yaxınlaşacaq.

“Təhlükəsizlik sahəsində birgə əməkdaşlığının artırılması və Meksika tərəfindən kartellərə qarşı mübarizənin gücləndirilməsi ABŞ-nin birtərəfli hərbi müdaxiləsinin qarşısını almaq üçün həlledici olacaq” – anonimlik şərti ilə mediaya danışan Meksikanın təhlükəsizlik nümayəndəsi bildirib.