“Reuters” – Mayk Uolts rus həmkarı ilə Ukraynada atəşkəs təklifini müzakirə edib
ABŞ Prezidentinin müşaviri Mayk Uolts rus həmkarı ilə danışıb. “Reuters”in yazdığı kimi, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.
“Reuters”in yazdığı kimi, Uolts rus həmkarı ilə Ukraynada atəşkəs təklifini müzakirə edib.
Həmçinin, ABŞ-nin nümayəndəsi Stiv Uitkofun bu həftə Ukraynada atəşkəslə bağlı danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcəyini Ağ Evdə təsdiqləyiblər.
Bundan əvvəl, Donald Tramp mediaya danışarkən administrasiyasının nümayəndələrinin Rusiyaya səfər edəcəyini qeyd etmişdi.