"Reuters" - Litva Rusiyadan Kalininqrada qədər Avropa İttifaqnın sanksiya qoyduğu məhsulların tranzitini dayandırır
Litva bəyan edir ki, Rusiyadan Kalininqrada qədər Avropa İttifaqnın sanksiya qoyduğu məhsulların tranzitini dayandırır, – bu barədə “Reuters” yazır.
Medianın yazdığı kimi, bu barədə dünən Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov yazırdı. Onun sözlərinə görə, Litva Dəmir Yollarından Avropa İttifaqının sanksiyaları çərçivəsində iyunun 18-dən Rusiyadan Kalininqrada göndərilən məhsulların, o cümlədən kömür, tikinti materialları, metallar və qabaqcıl məhsulların 40-50 faizinin qadağan edilməsi barədə məktub aldı.
“Reuters”-in məlumatına görə, Alixanova ünvanlanan məktubun məzmunu bu gün Litva Dəmir Yolu Xidməti tərəfindən təsdiqləndi, lakin əlavə şərh verilməyib.
“BBC”-nin məlumatına görə, bu gün Litvanın bir qrup deputatı oğurlanmış taxılın ölkə ərazisindən Ukraynaya daşınmasının mümkünlüyü ilə bağlı narahatlığını bildirdi.
“Reuters”-in yazdığına görə, Litvanın Xarici İşlər nazirinin müavini, Mantas Adonenas Litvanın İctimai Televiziyasına açıqlamasında Kalininqrada daşımaları dayandırmaq üçün Avropa Komissiyasının təsdiqini gözlədiklərini bəyan etdi. Vilnüs vurğuladı ki, Rusiyaya qarşı bütün sanksiyalar Avropa İttifaqı səviyyəsində tətbiq edilir.