“Reuters” – Kanadanın Baş naziri, ehtimal ki, bu gün vəzifəsindən istefa verəcəyini elan edəcək

11:48, 06.01.2025
Canadian Prime Minister Justin Trudeau delivers remarks on recent developments in Israel ahead of the annual Press Gallery Dinner in Ottawa, Ontario, on Saturday. Spencer Colby/The Canadian Press/AP

Canadian Prime Minister Justin Trudeau delivers remarks on recent developments in Israel ahead of the annual Press Gallery Dinner in Ottawa, Ontario, on Saturday. Spencer Colby/The Canadian Press/AP

 
Kanadanın Baş naziri Castin Trüdo vəzifəsindən istefa verməyi planlaşdırır – bu haqda “Reuters” agentliyi anonim mənbəyə istinadən yazır.

“Reuters”in yazdığı kimi, Trüdo bu qərarı ehtimal ki, bu gün elan edəcək və doqquz illik idarəçilikdən sonra Kanadanın hakim Liberal Partiyasının lideri postunu tərk edəcək.

Mənbənin dediyi kimi, sorğuların mənfi nəticələrindən narahat olan liberal parlamentarilərin getdikcə artan sayı Trüdonu ictimai şəkildə istefaya çağırıb.

Castin Trüdo 2013-cü ildə partiya dərin böhran içində olarkən Liberal Partiyasının lideri oldu və tarixdə ilk dəfə olaraq İcmalar Palatasında üçüncü yerdə qərarlaşdı.

Oxşar