“Reuters” – İtaliyanın gələcək baş naziri olacağı İtalyan nasilionalist lideri, Corcia Meloni Kiyevə dəstək vəd edir

12:24, 28.09.2022

İtaliyanın gələcək baş naziri olacağı İtalyan nasilionalist lideri, Corcia Meloni Kiyevə dəstək vəd edir. Ukrayna prezidenti, Vladimir Zelenski onu seçkilərdə qazandığı qələbə münasibətilə təbrik etdikdən sonra.

Zelenskinin “tvitterdə” yazdığı kimi, İtaliya Parlament seçkilərinin nəticələrinin açıqlanmasından sonra, İtaliyanın yeni hökuməti ilə səmərəli əməkdaşlıq gözləyir.

“Hörmətli Zelenski, bilirsiniz ki, Ukrayna xalqının azadlığı üçün bizim sədaqətli dəstəyimizə arxalana bilərsiniz. Güclü qalın və qəti imanınızı qoruyun”, – Corcia Meloni “tvitterdə” Ukrayna prezidentinə cavab verdi.

“Reuters” yazır  ki, Meloni müxalifətdə olmasına baxmayaraq, baş nazir Mario Draqinin Ukraynaya silah tədarük etmək qərarını dəstəkləyən azsaylı italyan siyasi liderlərindən biri idi. Bunun əksinə, Meloninin iki siyasi müttəfiqi – “Liqa” partiyası və 2Forza İtaliya2 daha birmənalı olmayan mövqedə idi. Bu da onların Rusiya prezidenti, Vladimir Putinlə tarixən yaxın əlaqələri ilə şərtlənirdi.

Oxşar