“Reuters” – İtaliya Parlamentinin aşağı palatası Corcia Meloni tərəfindən dəstəklənən seçki islahatını təsdiqləyib, müxalifət hesab edir ki, islahatın məqsədi Meloninin hakimiyyəti saxlamasıdır
İtaliya Parlamentinin aşağı palatası baş nazir Corcia Meloni tərəfindən dəstəklənən seçki islahatını təsdiqləyib.
Məlumatı “Reuters” yayır.
Gizli səsvermə yolu ilə qanunvericilər 164 əleyhinə olmaqla 227 səslə tam mütənasib seçki sistemini müəyyən edən qanun layihəsini təsdiqləyiblər.
Qanun layihəsinə əsasən, səslərin 42%-dən çoxunu toplayan istənilən alyansa parlamentdə əksəriyyətini təmin etmək üçün əlavə mandatlar veriləcək.
“Reuters”in məlumatına əsasən, Meloni yeni qaydaların məqsədinin sabit hökumətin formalaşdırılması imkanını artırmaq olduğunu bildirib.
Mərkəz-sol müxalifətin bəyanatına əsasən isə, islahatın məqsədi Meloninin hakimiyyəti saxlamasıdır.