“Reuters” – İsrail və Livan nümayəndələri oktyabr ayında Romada görüşəcək, ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşmanı müzakirə edəcəklər
İsrail və Livan nümayəndələri oktyabr ayında Romada görüşərək ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş təhlükəsizlik sazişini müzakirə edəcəklər. Məlumatı “Reuters” ABŞ Dövlət Departamentinə istinadən yayıb.
ABŞ rəsmisinin sözlərinə görə, sazişin “sonrakı icrası Livanın suverenliyinin və İsrailin təhlükəsizliyinin bərpası üçün yeganə mümkün mexanizm olaraq qalır”. Onun sözlərinə görə, Livan və İsrail səfirləri gələn həftə Vaşinqtonda görüşəcəklər.
İtaliyanın paytaxtında danışıqların yeddinci raundu avqust ayında başa çatıb. Lakin əsas ərazi məsələləri üzrə razılığa gəlmək mümkün olmayıb.
“Reuters” qeyd edir ki, İsrail ordusu Livan ərazisində, İsrail sərhədinin bütün uzunluğu boyunca təxminən 10 kilometr dərinlikdə olan əraziyə nəzarət edir. İsrail bu ərazini “bufer zona” adlandırır.
İsrail rəsmilərinin sözlərinə görə, bu zona ölkənin şimalındakı yaşayış məntəqələrini “Hizbullah”ın hücumlarından qorumaq üçün zəruridir.